Annuitet sığortası sığorta olunanın müəyyən yaşa çatması və ya əmək qabiliyyətini itirməsi kimi hallarda dövri ödənişlərin həyata keçirilməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta növü əlillik, xəstəlik, ailə başçısını itirmə və işsiz qalma hallarında da tətbiq edilə bilər.
Şəxsi gəlirlərin azalmasına və ya itirilməsinə səbəb olan digər hallarda da annuitet ödənişləri həyata keçirilir.
Ödənişlər pensiya və ya renta formasında verilə bilər.
