Avtomobil yollarında yerüstü və ya yeraltı piyada keçidlərinin tikilməsi üçün konkret meyarlar müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər 9-1-ci maddənin I və II hissələri nəzərə alınmaqla tikilməlidir.
Digər avtomobil yollarında isə nəqliyyat vasitələrinin hərəkət şiddəti saatda 300 avtomobildən, piyadaların hərəkət şiddəti saatda 3000 nəfərdən çox olduqda keçidlərin inşası tələb olunur.
Bundan başqa, yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda da belə keçidlərin tikilməsi nəzərdə tutulur.
Bu hallardan əlavə keçidlərin tikilməsinin vacib olduğu digər hallar Nazirlər Kabineti tərəfindən müəyyən edilir.