Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikintisi üçün konkret meyarlar müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Avtomagistrallarda belə keçidlər 9-1-ci maddənin müvafiq tələbləri nəzərə alınmaqla tikilməlidir. Digər avtomobil yollarında isə nəqliyyat vasitələrinin hərəkət şiddəti saatda 300 avtomobildən çox olduqda keçidlərin tikilməsi tələb olunur. Bundan başqa, piyadaların hərəkət şiddətinin saatda 3000 nəfərdən, yolun hərəkət hissəsinin eninin isə 14 metrdən çox olması əsas meyarlar sırasındadır. Yerüstü və ya yeraltı keçidlərin tikilməsinin vacib olduğu digər hallar da Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
