Yol hərəkəti haqqında qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkilinə hüquqi əsaslar yaradır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qanunun əsas məqsədlərindən biri yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunmasıdır. Sənəddə ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi də əsas istiqamətlər sırasında göstərilib. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin azaldılması da qanunun məqsədlərindəndir. Yol hərəkəti sahəsində dövlətin və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri də qanunla müəyyən edilir.
