Fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, vətəndaşlar yol-nəqliyyat hadisələri zamanı müəyyən edilmiş qaydada tibbi yardım və digər təcili kömək ala bilərlər.
Bu yardım dövlət büdcəsi vəsaiti, qanunvericilikdə nəzərdə tutulan hallarda isə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir.
Yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğun olmaması nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək də mümkündür.
Vətəndaşlar yol hərəkəti təhlükəsizliyinə nəzarət edən vəzifəli şəxslərin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət edə bilərlər.