Yol hərəkəti sahəsində dövlət siyasətinin və yol hərəkəti standartlarının müəyyən edilməsi dövlətin əsas vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, dövlət yol hərəkəti sahəsində vahid elmi-texniki siyasəti müəyyən etməli və həyata keçirməlidir.
Həmçinin yol hərəkətinin təşkili, təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı normativ-hüquqi aktların qəbulu dövlətin vəzifəsidir.
Dövlət yol hərəkətinin inkişafı və təhlükəsizliyi ilə bağlı proqramların icrasını da əlaqələndirməlidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi də dövlətin səlahiyyətlərinə daxildir.
