Bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə vaxtı “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Nəticədə, “Mercedes Atego” markalı avtomobilin sürücüsü 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.