Qubada usta yüksəklikdən yıxılaraq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Vahid Stalov fərdi yaşayış evində təmir işləri görərkən yüksəklikdən yerə yıxılıb.

Vahid Stalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.