Ali Məhkəmə sədrinin müavini məhkəmə iclaslarında sədrlik edir və sədr tərəfindən müəyyən edilmiş məsələləri həll edir. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Sədr müavini sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirə bilər. Sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu sədr müavini əvəz edir. Sədr müavini qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri də həyata keçirir. Bu qaydalar Ali Məhkəmənin idarə olunmasında və işin fasiləsiz təşkilində mühüm rol oynayır.
