Hakimlər qanunla müəyyən edilmiş qaydada toxunulmazdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Cinayət başında yaxalanma halları istisna olmaqla, hakim tutula və ya həbs edilə bilməz.
Hakim şəxsi axtarış və müayinəyə də məruz qala bilməz.
Məhkəmə-Hüquq Şurasının razılığı olmadan hakim barəsində cinayət təqibi həyata keçirilə bilməz.
Hakimlərin toxunulmazlığı onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.