Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi xüsusi qaydada həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə, onun səlahiyyətləri uzadılmır.
Qiymətləndirmə Məhkəmə-Hüquq Şurası haqqında qanunun tələblərinə uyğun aparılır.
Hakimlərin Qiymətləndirilməsi Komitəsi bu məqsədlə Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılır.
Komitə həmçinin hakimlərin peşə hazırlığının artırılması üzrə ehtiyacları müəyyən edir.
