Sığortaçının müstəqil auditorunun seçilməsi və təyinatının geri götürülməsi Səhmdarların Ümumi Yığıncağının səlahiyyətlərinə aid edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanunvericilikdə nəzərdə tutulan xüsusi hal istisna olmaqla, auditorla bağlı qərarı səhmdarlar qəbul edirlər. Bu səlahiyyət nizamnamə əsasında və ya ümumi yığıncağın qərarı ilə Direktorlar Şurasına verilə bilər. Müstəqil auditorun seçilməsi sığortaçının maliyyə hesabatlarının obyektivliyinə nəzarətin əsas mexanizmlərindən biridir.
