Sığortaçıda mühüm iştirak payı əldə etmək istəyən şəxsin şirkətə təsirinin onun etibarlı və prudensial idarə olunmasına təhlükə yaratması razılıqdan imtina üçün əsas sayılır. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Belə hallarda mühüm iştirak payı sahiblərinin və əhəmiyyətli nəzarətə malik şəxslərin, eləcə də onların benefisiar mülkiyyətçilərinin təsiri qiymətləndirilir. Müvafiq risklərin mövcudluğu müəyyən edilərsə, Mərkəzi Bank razılıq verməkdən imtina edə bilər. Bu tələb sığortaçıların maliyyə sabitliyinin və idarəetmə keyfiyyətinin qorunmasına yönəlib.