Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına və bazarda rəqabətin məhdudlaşdırılmasına yönələn sazişlər bağlaması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanunvericilikdə rəqabətin məhdudlaşdırılmasına səbəb ola biləcək əməliyyatların aparılmasına da yol verilmir.
Sığorta bazarında inhisara qarşı müəyyən edilən qaydalara əməl olunmasına nəzarət Rəqabət Məcəlləsinə uyğun həyata keçirilir.
Bundan başqa, dövlət orqanlarının inzibati binalarında və ərazilərində sığortaçıların filial və nümayəndəliklərinin fəaliyyət göstərməsi qadağandır.
