Sığorta və ya təkrarsığorta fəaliyyəti sığortaçının əsas fəaliyyət istiqaməti hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bununla yanaşı, sığortaçılar və təkrarsığortaçılar yalnız qanunda sadalanan əlavə fəaliyyət növləri ilə məşğul ola bilərlər.
Bu fəaliyyətlərə sığorta bazarı iştirakçıları üçün təlimlərin təşkili, xüsusi ədəbiyyatın hazırlanması və satışı, həmçinin sığorta ilə bağlı proqram təminatının hazırlanması daxildir.
Şirkətlər sığorta məsələləri və zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətləri də göstərə bilərlər.
Həmçinin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardım göstərilməsi mümkündür.