Dəmir yolu nəqliyyatı vasitəsi sahibinin üçüncü şəxslərə vurduğu zərər üzrə mülki məsuliyyəti sığortalana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Eyni qayda hava nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinə də aiddir.
Su nəqliyyatı vasitələrinin istifadəsi zamanı üçüncü şəxslərə vurulan zərər də müvafiq sığorta ilə əhatə olunur.
Bu hallarda sığorta ödənişi sığortalının əmlak mənafelərinə dəyən zərərin tam və ya qismən əvəzini ödəyə bilər.
