Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yollar yol hərəkəti iştirakçıları üçün rahat və təhlükəsiz şəraitdə saxlanılmalı, qorunmalı və yaxşılaşdırılmalıdır.
Təhlükəli vəziyyət yarandıqda hərəkət qadağan edilməli və ya məhdudlaşdırılmalı, təhlükəsiz şəraitin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
Yollarda nişanlama xətləri, yol nişanları, göstəricilər, svetoforlar və digər texniki nizamlama vasitələri quraşdırılmalıdır.
Qanun həmçinin yolların yaxınlığında yerləşən xəstəxanalar və digər tibb müəssisələri barədə sürücüləri məlumatlandıran nişanların qoyulmasını nəzərdə tutur.