Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Yollar yol hərəkəti iştirakçıları üçün əlverişli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Təhlükəsiz hərəkət üçün real qorxu yarandıqda hərəkət qadağan və ya məhdudlaşdırılmalı, təhlükəsiz şəraitin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Yollarda nişanlama xətləri, yol nişanları, göstəricilər, svetoforlar və digər texniki nizamlama vasitələri quraşdırılmalıdır. Bu tələblərin yerinə yetirilməsi yol hərəkətinin təhlükəsizliyinin əsas şərtlərindən biri kimi müəyyən edilir.