Dövlət yol hərəkəti sahəsində vahid siyasətin, o cümlədən elmi-texniki siyasətin və yol hərəkəti standartlarının müəyyən edilməsini təmin edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Dövlət yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanun və digər normativ-hüquqi aktlar qəbul edir. Yol hərəkətinin inkişafı və təhlükəsizliyi ilə bağlı ölkə və inzibati ərazi vahidləri üzrə proqram və planların qəbul edilməsi də dövlətin vəzifələrinə daxildir. Bu proqramların icrası üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi təmin edilməlidir. Yol hərəkətinin inkişafı, avtomobil yollarının saxlanılması və təhlükəsiz hərəkətin təmin olunması ilə bağlı tədbirlər dövlət büdcəsindən maliyyələşdirilir.
