Yol hərəkəti qaydalarını pozan şəxslər barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla bağlı məlumat almaq hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, həmin məlumatlar rəsmi internet informasiya ehtiyatları vasitəsilə əldə edilə bilər.
Vətəndaşlar tətbiq edilən cərimələr, onların ödənilməsi və balların sayı barədə məlumat ala bilərlər.
Balların silinməsi ilə bağlı məlumatların da rəsmi internet resurslarında təqdim edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, fiziki şəxslər qanunla müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.
