Dövlət yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətlər yaratmalı və onların fəaliyyətini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulması və istifadəsi də bu vəzifələrə daxildir.
Qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən ərazilərdə nəqliyyat vasitələri ilə piyadaların təhlükəsiz hərəkəti təmin edilməlidir.
Dövlət avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dair vahid tələblər müəyyən edir.
Həmin tələblərə əməl olunmasına nəzarət də dövlətin vəzifələrindən biridir.
