Məhkəmə aparatları məhkəmələrdə şəxslərin qəbulunu həyata keçirirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.
Ali Məhkəmə və apellyasiya məhkəmələrinin aparatlarının strukturunu və ştat cədvəlini müvafiq məhkəmələrin sədrləri müəyyən edir.
Digər məhkəmə aparatlarının strukturunu Məhkəmə-Hüquq Şurası, xərc smetasını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Məhkəmə aparatı işçiləri mütəmadi olaraq peşə hazırlığına və ixtisasartırmaya cəlb olunurlar.
