Ali Məhkəmənin sədr müavini məhkəmə iclaslarında sədrlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Sədr müavini Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir.
O, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini də həyata keçirir.
Sədr olmadıqda və ya vəzifələrini yerinə yetirə bilmədikdə onun səlahiyyətlərini sədr müavini həyata keçirir.
Sədr müavini qanunvericiliklə ona verilmiş digər səlahiyyətləri də icra edir.