Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və müzakirəyə çıxarılacaq məsələlər barədə üzvlərə əvvəlcədən məlumat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, məlumat Plenumun keçirilməsinə ən geci 10 gün qalmış təqdim edilməlidir.
Həmin müddətdə qərar layihələri və digər zəruri materiallar da Plenum üzvlərinə göndərilir.
Plenum üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır.
Bu qayda Plenumun qərar qəbul etməsi üçün zəruri kvorumu müəyyənləşdirir.
