Sığortaçı və təkrarsığortaçılar sığorta bazarının peşəkar iştirakçıları üçün mütəxəssislərin ixtisasının artırılması məqsədilə təlimlər təşkil edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Onlar həmçinin sığorta və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatı müxtəlif məlumat daşıyıcılarında hazırlayıb sata bilərlər.
İnformasiya texnologiyaları əsasında sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı da icazə verilən fəaliyyətlər sırasındadır.
Bununla yanaşı, sığorta məsələləri və zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətləri göstərilə bilər.
