Əhəmiyyətli nəzarəti dövlətə məxsus olmayan sığortaçının adında “Azərbaycan”, “dövlət”, “milli”, “mərkəzi”, “büdcə” və “respublika” sözlərindən istifadə edilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçıların adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən yerli və xarici sığortaçıların adları ilə eyni və ya qarışdırılacaq dərəcədə oxşar söz və ifadələrdən də istifadə edilə bilməz.
Lakin səhmlərinin 50 faiz və ya daha çox hissəsinə sahib olan xarici səhmdarın adından istifadə edən sığortaçı üçün müəyyən istisna nəzərdə tutulub.
Sığortaçının adında dəyişiklik edilməzdən əvvəl həmin dəyişiklik Mərkəzi Bankla razılaşdırılmalıdır.
