Ələt azad iqtisadi zonasında sığorta sahəsində münasibətlər xüsusi qanunvericiliyin tələblərinə uyğun tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər isə Mülki Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” qanunlarla tənzimlənir.
Bununla yanaşı, sosial sığorta və dövlət icbari şəxsi sığortası üzrə müəyyən münasibətlər bu Qanunun əhatə dairəsinə daxil edilmir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı müəyyən münasibətlərə də bu Qanun şamil edilmir.