Şərikli sığorta belə olur

28 Avqust 2026, 01:02

Şəxsi tutum sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən riskin sığortaçının və ya təkrarsığortalının öhdəliyində qalan hissəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Şərikli sığorta isə bir neçə sığortaçının müəyyən riskləri birgə sığortalaması mexanizmini ifadə edir.
Bu halda sığorta ödənişi üzrə öhdəliklər sığortaçılar arasında bağlanmış müqaviləyə uyğun bölüşdürülür.
Şərikli sığorta sığorta risklərinin bir neçə sığortaçı arasında bölüşdürülməsinə imkan yaradır.