Təkrarsığortanın MAHİYYƏTİ

28 Avqust 2026, 01:01

Təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin digər sığortaçıya ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanunda təkrarsığortaçı ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış müqavilələr əsasında sığortalanmış riskləri təkrarsığortalayan tərəf kimi müəyyən edilir.
Təkrarsığortalı isə sığortaladığı və ya təkrarsığortaladığı riskləri müqavilə əsasında təkrarsığortaya ötürən sığortaçı və ya təkrarsığortaçı hesab edilir.
Bu mexanizm sığortaçıların üzərlərinə götürdükləri risklərin bir hissəsini bölüşdürməsinə imkan verir.