Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.

Heftelik.az xəbər verir ki, gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.

Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.

İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb.

17 nəfərin axtarışı davam etdirilir.