Ali Məhkəmə kollegiyasının sədri müvafiq kollegiyanın iclaslarına sədrlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Kollegiya sədri məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir.
O, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir.
Kollegiya sədri digər vəzifələri də bölüşdürür və məhkəmə statistikasının təhlilini təşkil edir.
Həmçinin məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işinə rəhbərlik edir.