Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə qəbul olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Qərarların qəbul edilməsi üçün səsvermədə iştirak edənlərin səs çoxluğu tələb olunur.
Plenum üzvləri məhkəmə işləri üzrə səsvermədə bitərəf qala bilməzlər.
Plenuma sədrlik edən hakim digər hakimlərlə birlikdə səsvermədə iştirak edir.
Sədrlik edən hakim səsvermə zamanı sonuncu səs verir.