Sığortaçıların müştərilərinin sənədlərinin hüquqi ekspertizasını həyata keçirməsinə qanunla icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Zərərlərin tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi də əlavə fəaliyyət istiqamətlərindən biridir.
Sığorta risklərinin qiymətləndirilməsi və sığorta hadisələrinin araşdırılması üzrə hüquqi, texniki və təşkilati yardım göstərilməsi də mümkündür.
Eyni imkan zərərlərin tənzimlənməsi ilə bağlı yardım xidmətlərinə də şamil olunur.

