Sığorta fəaliyyəti sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi ilə bağlı müqavilələrin bağlanması və icrasını əhatə edən fəaliyyət növüdür.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu fəaliyyət müvafiq lisenziya əsasında həyata keçirilir.
Təkrarsığorta fəaliyyəti isə digər sığortaçılardan risklərin qəbul edilməsi və ya bölüşdürülməsi üzrə təkrarsığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsini əhatə edir.
Təkrarsığorta zamanı risklərin tənzimlənməsi və katastrofik risklərin təkrarsığortalanması üzrə minimum tələbləri Mərkəzi Bank müəyyən edir.