Mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyinin məlum olmaması razılıqdan imtina üçün əsaslardan biridir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Mərkəzi Bank iştirak payını əldə etmək istəyən şəxsin bu məqsədlə istifadə etdiyi vəsaitin mənbəyinə dair məlumatları nəzərə alır. Vəsaitin mənşəyi müəyyən edilmədikdə müraciətə müsbət qərar verilməyə bilər. Bu tələb sığorta sektorunda şəffaflığın və maliyyə axınlarının izlənəbilənliyinin artırılmasına xidmət edir.
