İcbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Mülki Məcəllə, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir.
Könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları isə qanunun tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir.
İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq müqaviləni bağlamaqdan imtina edə bilməz.