Mərkəzi Bank sığorta sektorunda nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı sığorta sirri hesab edilən məlumatları əldə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta risklərinin qiymətləndirilməsi və sığorta hadisələrinin araşdırılması üçün zəruri məlumatların yardımçı fəaliyyət göstərən şəxslərə verilməsinə də icazə verilir.
Zərərlərin tənzimlənməsi ilə bağlı məsələlər üzrə müstəqil ekspertlərə məlumatların açıqlanması da qanunda nəzərdə tutulub.
Bu zaman sığorta sirrinin qorunması ilə bağlı qanunun tələbləri nəzərə alınmalıdır.
