Həyatın yığım sığortası ilə məşğul olan sığortaçılar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı müəyyən edilmiş tələblərə əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə sığortaçılar monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməli, daxili nəzarət proqramı hazırlamalı və tətbiq etməlidirlər.
Onlar qanunla müəyyən edilmiş hallarda müştəri uyğunluğu tədbirlərini həyata keçirməli və məlumatların saxlanılması tələblərinə əməl etməlidirlər.
Qanunvericilik digər aidiyyəti tələblərin də müvafiq qanunlar və normativ hüquqi aktlarla müəyyən edildiyini nəzərdə tutur.