Təkrarsığorta FƏALİYYƏTİ

31 Avqust 2026, 01:22

Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar bütün sığorta sinifləri üzrə təkrarsığorta əməliyyatları apara bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Müəyyən sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçı həmin növün əhatə etdiyi siniflər üzrə ayrıca lisenziya əsasında təkrarsığorta fəaliyyəti göstərə bilər.
İcbari sığorta növünü həyata keçirməyə icazəsi olmayan sığortaçı həmin növ üzrə təkrarsığorta fəaliyyəti göstərə bilməz.
Sığortaçı sığortaladığı riskləri təkrarsığorta etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur.
Sığortaçılar təkrarsığortanın təşkili məqsədilə birgə fəaliyyət müqaviləsi əsasında təkrarsığorta daxılları da yarada bilərlər.