Yük daşıyanın nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərər üzrə məsuliyyəti sığortalana bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta yükdaşıyanın üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə bağlı əmlak mənafelərini əhatə edir.
Dəymiş zərərin tam və ya qismən ödənilməsi sığorta müqaviləsinin şərtlərinə uyğun həyata keçirilir.
Yük daşıyanın məsuliyyəti mülki məsuliyyət sığortasının ayrıca sinfi kimi müəyyən edilir.