Sağalmaz xəstəliklərdən sığorta sığorta olunanın səhhətində həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə ödəniş verilməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta növü həyat sığortasına aid edilən siniflərdən biridir.
Ödənişin həyata keçirilməsi müqavilədə və qanunda nəzərdə tutulan şərtlər əsasında müəyyən edilir.
Məqsəd ağır xəstəliklə üzləşən sığorta olunanın maliyyə təminatının dəstəklənməsidir.
