Tırtıllı, iri qabaritli, təhlükəli və digər ağırçəkili nəqliyyat vasitələrinin yollara zərər vurmasının qarşısının alınması tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Belə nəqliyyat vasitələrinin yol örtüyünü, yol qurğularını və dəmiryol keçidlərinin avadanlıqlarını zədələyə biləcəyi hallarda onların hərəkəti qadağan edilə bilər.
Zəruri olduqda həmin nəqliyyat vasitələrinin təhlükəli sahələrdən qəzasız keçməsi təmin edilməlidir.
Xüsusilə təhlükəli vəziyyətlərdə digər yol hərəkəti iştirakçılarının hərəkəti də məhdudlaşdırıla bilər.
Şəhərlərarası avtomobil yollarında isə təcili yardım çağırış sistemlərinin, dayanacaq və duracaq yerlərinin yaradılması nəzərdə tutulur.