Avtomobil yollarında təhlükəsizlik üçün risk yaradan zədələr və digər təhlükəli sahələr vaxtında aşkar edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yol örtüyündə kələ-kötür və çökək yerlər, çuxurlar, qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər təxirəsalınmadan aradan qaldırılmalıdır.
Təhlükənin dərhal aradan qaldırılması mümkün olmadıqda həmin sahələr müvafiq yol nişanları, çəpərləyici və yönəldici vasitələrlə işarələnməlidir.
Həmçinin yolların hərəkət hissəsi palçıqdan, sudan, qumdan, qardan, buzdan və daş töküntülərindən təmizlənməlidir.
Əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli sahələrdən qəzasız keçməsinin təmin edilməsi üçün tədbirlər görülməlidir.