Avtomobil yollarının yaxınlığında xəstəxananın olması və onun istiqaməti barədə yol hərəkəti iştirakçılarına məlumat verilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Müvafiq yol nişanlarında xəstəxananın yerləşdiyi məsafə və telefon nömrəsi də göstərilməlidir. Yolların yaxınlığında tibb müəssisələrinin yerləşməsi “Tibbi yardım məntəqəsi” yol nişanı ilə bildirilməlidir. Həmçinin avtomobil yollarında texniki qurğuların quraşdırılması və kommunikasiyaların çəkilməsi təmin edilməlidir. Mühafizə işlərinin görülməsi, xidmət obyektlərinin tikilməsi və onların avadanlıqlarla təmin edilməsi də yol təsərrüfatının vəzifələrinə daxildir.