Dövlət yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətlər yaradır və texniki vasitələrlə avtomatlaşdırılmış sistemlərin qurulmasını təşkil edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qəza-xilasetmə işləri aparılan və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələri ilə piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi də dövlətin vəzifəsidir. Avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri, saxlanılması və qorunmasına dair vahid tələblər müəyyən edilir. Eyni zamanda Azərbaycanda istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyası və texniki vəziyyəti ilə bağlı tələblərə əməl olunmasına nəzarət həyata keçirilir. Dövlət həmçinin qəza təhlükəli yol sahələrinin aradan qaldırılmasını və yolların təhlükəsizliyinin təmin edilməsini təşkil edir.