Fiziki şəxslər yol hərəkətinin təşkili və təhlükəsizliyin təmin edilməsi ilə bağlı tələblərə əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Onlar ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydaları ilə bağlı müəyyən edilmiş tələblərə riayət etməlidirlər.
Vətəndaşlar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etməli və aidiyyəti dövlət qurumlarına köməklik göstərməlidirlər.
Onlar özlərinə məxsus nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması üçün tədbirlər görməlidirlər.
Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi də fiziki şəxslərin vəzifələrinə daxildir.
