Dövlət sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələri və kursların fəaliyyətinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, müvafiq kurs və təhsil müəssisələrinin açılmasına razılıq verilməsi də dövlətin vəzifələrindəndir.
Sürücülərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilir.
İmtahanlardan uğurla keçən şəxslərə sürücülük vəsiqəsi verilir və onların uçotu aparılır.
Bununla yanaşı, əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsizliyin təbliği də dövlət tərəfindən təşkil edilir.