Yol hərəkəti sahəsində dövlətin əsas vəzifələrindən biri dövlət siyasətini müəyyən etməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Dövlət bu sahədə vahid elmi-texniki siyasəti və yol hərəkəti standartlarını müəyyən edir.
Həmçinin yol hərəkətinin təşkili və təhlükəsizliyin təmin edilməsi ilə bağlı normativ-hüquqi aktlar qəbul olunur.
Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi də dövlətin vəzifələrinə daxildir.
Qəbul edilmiş normativ aktların icrasının təmin edilməsi də dövlətin üzərinə düşür.
