Ali Məhkəmə kollegiyasının sədri müvafiq məhkəmə kollegiyasının iclaslarında sədrlik edir və kollegiyanın işinin təşkilinə rəhbərlik edir. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Kollegiya sədri işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir və digər vəzifələri bölüşdürür. O, məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir. Kollegiya sədri məhkəmə təcrübəsinin öyrənilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edə və Plenumda məlumat verə bilər. Həmçinin məhkəmələrə metodik kömək göstərilməsi və şəxslərin müraciətlərinə baxılması sahəsində kollegiyanın işini təşkil edir.
