Digər hallarda hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün xüsusi müddət müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Baş prokurorun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılır.
Məhkəmə-Hüquq Şurasının razılığı olduqda hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyə uyğun həyata keçirilir.
Cinayət təqibinə razılıq verilən hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır.
Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqının ödənilməsi davam etdirilir.